Xəbərlər 17.05.2024 21:44 3607

Mütaliə mədəniyyətinin inkişafı ilə bağlı layihə fəaliyyətə başlayıb - FOTOLAR

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kitab Evi” İctimai Birliyi “Mütaliə mədəniyyətinin inkişafı üçün çoxtərəfli əməkdaşlığın qurulıması üzrə təşəbbüslər və fəaliyyətlər” adlı layihənin fəaliyyətinə başlayıb.

QHT.az xəbər verir ki, layihə çərçivəsində 16 may 2024-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsində keçirilən tədbirdə layihənin rəhbəri Adilə Nəzərova mövzu ilə bağlı təlim iştirakçılarına ətraflı məlumat verib. O, qeyd edib ki, oxumaq mədəniyyəti həm insanın zehninin inkişafına müsbət təsir göstərir, həm də dil qabiliyyətini inkişaf etdirir, nitqini gücləndirir: "Mütaliəsi çox olan insanın nitqi gözəl, aydın və səlis olur".

Təlimçi Həcər Paşayeva bildirib ki, bu bir aksiomadır, nə qədər çox söz bilər və istifadə edərsənsə,  bir o qədər də geniş düşünə bilərsən: "Nə qədər geniş düşüncən varsa, bir o qədər azad olacaqsan. Azad düşüncəli, azad fikirli insan hər sahədə özünüifadə edə bilir və intellektuallıq nümayiş etdirir. Bu fikirə əsaslanaraq, layihəmiz olduqca aktual məsələdir".

Təlim iştirakçılarına layihə çərçivəsində bədii ədəbiyyat nümunələri, dəftərxana ləvazimatları və üzərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və “Kitab Evi” İctimai Birliyinin loqoları əks olunmuş köynəklər paylanılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı