Xəbərlər 21.05.2024 19:06 3090

Vərəmsiz Gələcəyə Doğru: Şərqi Avropa və Mərkəzi Asiyada Vərəm Müalicəsinə İctimai Birliyin rolu

Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində vərəm müalicəsinə əlçatanlıq mövzusunda keçirilən beynəlxalq görüşə Azərbaycan Respublikasından "Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyi dəvət alıb. Bu görüşdə vətəndaş cəmiyyəti institutlarının rolu və əhəmiyyəti geniş müzakirə ediləcək.

QHT.az xəbər verir ki, bu barədə "Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyinin sədri Çingiz Ramazanlı məlumat verib. 

Qeyd edək ki, görüşün əsas məqsədi vərəm müalicəsinə əlçatanlığı artırmaq, region ölkələri arasında təcrübə mübadiləsini təmin etmək və vətəndaş cəmiyyəti təşkilatlarının bu sahədəki fəaliyyətlərini dəstəkləməkdir. Tədbirdə müxtəlif ölkələrdən gələn nümayəndələr, səhiyyə mütəxəssisləri və QHT-lər bir araya gələrək mövcud problemləri və onların həlli yollarını müzakirə edəcəklər.

"Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyi uzun illərdir Azərbaycanda vərəm xəstəliyi ilə mübarizə aparan və bu sahədə maarifləndirmə işləri həyata keçirən tanınmış bir təşkilatdır. Birlik, vərəm xəstəliyinin yayılmasının qarşısını almaq və xəstələrin müalicəsinə dəstək olmaq məqsədilə müxtəlif layihələr həyata keçirir. 

Bu cür beynəlxalq tədbirlər, region ölkələri arasında əməkdaşlığı gücləndirir və qlobal səhiyyə problemlərinin həllində birgə fəaliyyətin vacibliyini bir daha göstərir. Təşkilatın bu görüşdə iştirakı, ölkəmizin beynəlxalq səhiyyə səhnəsindəki rolunu və əhəmiyyətini artırmağa xidmət edəcək.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı