Xəbərlər 22.05.2024 09:27 662

 “Turizmdə yeni dövr” - DEPUTATDAN AÇIQLAMA

Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayında yenidən artımlar qeydə alınıb. Bu ilin ilk 4 ayında ərəb ölkələrindən gələnlərin sayı 1.6 dəfə artasa da, Avropa İttifaqı və MDB dövlətləri üzrə artım sadəcə faizlə ifadə olunur. Belə ki, Avropadan gələnlərin sayı 35.6, keçmiş müttəfiqlərimizin coğrafıyasını təmsil edən turistlərin sayı isə 30.3 faiz artıb. Körfəz dövlətlərindən gələnlərinin sayının artması turzim mövsümünün başlanması və bu istiqamətdə təbliğat-təqdimat tədbirlərinin genişləndirilməsi ilə bağlıdır.

QHT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycana gələn tursitlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38.9 faiz artaraq 726.4 min nəfər çatıb: "Gələnlərin 28,8 faizi Rusiya, 19,0 faizi Türkiyə, 9,7 faizi İran, 8,4 faizi Hindistan, 4,6 faizi Gürcüstan, 3,1 faizi Qazaxıstan vətəndaşlarıdır. Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,3 dəfə, Hindistandan - 2,4 dəfə, Qazaxıstandan - 2,1 dəfə, Cənubi Koreyadan - 2,0 dəfə, Səudiyyə Ərəbistanından - 2,0 dəfə, Bəhreyndən - 2,0 dəfə, Qırğızıstandan - 1,9 dəfə, Filippindən - 1,9 dəfə, Omandan - 1,9 dəfə, İspaniyadan - 1,8 dəfə, İrandan - 1,6 dəfə,Tacikistandan - 1,6 dəfə, Misirdən - 1,5 dəfə, Türkmənistandan - 1,5 dəfə, Küveytdən - 1,5 dəfə artıb. Göründüyü kimi, gələn turistlərin sayındakı əsas artımlar yenə də Asiya ölkələrinin payına düşür".

Deputat həmçinin bildirib ki, 2024-cü ilin ilk 4 ayında ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı