Xəbərlər 24.05.2024 16:31 2185

Nazir müavini Vüsal Nəsirli Qusar rayonunda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli mayın 24-də Qusar rayonunda Qusar və Quba rayonlarının sakinlərini qəbul edib.

 

Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri də olub.

 

V.Nəsirli onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

 

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı