Xəbərlər 11.06.2024 17:12 3333

Ailədə Zorakılıq və Psixoloji Problemlərin Həlli: Profilaktik Tədbirlər və Çıxış Yolları

Çox zaman ən böyük cəzanı məhz bizim “qeydimizə” qalanlar edir. Ən böyük hisslər, sevgilər belə bir gün tükənir və həyatlarını bir-birinə bağlayan insanların bərabərliyi dözülməz olur. Romantik hissləri mübahisələr və onların yaratdığı böyük sərhədlər pik həddə çatır. Və bu halda kimlərsə həyatını boşanmaqla qurtarır, kimlər isə ailədə baş verən şiddətə, konfliktlərə məcbur yaşayır.

Azərbaycanda ailə modeli ən həssas ama hər kəsin qoruyub saxlaya bilməyəcəyi bir dünyadır. Və çox zaman qurban tiran həyat yoldaşından yorulan “sakit” qadın olur. Hər bir ailədə söz olur. Amma bu sözlər davamlı olaraq  fiziki zorakılığa gətirib çıxarır. Ailə modelinə diqqət etsək görərik insanlar psixoloji ailə həyatına hazır olmurlar (yaş həddindən asılı olmayaraq). Seksual uyğunsuzluq, ailələrin təkidi ilə ailə quranları misal çəkmək olar.

Ailə həyatında fərqli həyat baxışları, hər addımda irad bildirmə “tərbiyyələndirmək” kimi yanaşmalar böyük partlayışlara səbəb olur. Ailədə temperament tipləri, tərəflərin psixofizioloji fərqlilikləri, maddi problemlər, zərərli vərdişlər (alkoqalizm, narkomaniya) bunlar hamsı zorakılığa ən böyük səbəblərdir. Hər bir ailənin krizis zamanları olur. Bu hallarda psixoloqa müraciət çox vacibdir.

Psixoloqun əsas hədəfi profilaktik tədbiri görməsidir.

1.Qarşılıqlı hörmət.
2.Partnyorların bir-birinə kompromisə getməsi.
3.Sağlam münasibət.
4.Partnyorların bir-birinə etibar etməsi.


Olur da zorakılıqdan sonra zərər verən tərəf dəyişir. Çox qaygıkeş, mərhəmətli, diqqətli olur. Onu gözəl yerlərə də apara bilər, həddən çox diqqət edə bilər. Burda əsas məqsəd “qurbanını” əldən verməməkdir. Bir çox qadınlar təkrar-təkrar “hər şey gözəldir, o məni çox sevir!” hissə qapılaraq özünü aldadır. Bu hadisələr illərlə davam edir. Çünki insan etdiklərinin fərqinə varmırsa özünü haklı sayırsa və illərlə ailədə fiziki, psixaloji, iqtisadi zorakılıqlar olusa sonu mütləqdir acı nəticə verir. Sadəcə insan özündə əsas psixoloji güc tapıb xilas yolunu tutmalıdır. Özünü və övladını məhv etməməlidir.

Məhv edənlərdən olmayaq, yaşadanlardan olaq.

 

Samirə İsmayılova

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İB-nin psixoloqu


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı