Xəbərlər 13.06.2024 10:04 1082

Qarabağ Universiteti tələbələri qarşılamağa hazırdır? - Video

Xəbər verdiyimiz kimi, Xankəndidə yerləşən Qarabağ Universiteti tələbələrini qarşılamağa hazırlaşır.

 

QHT. az Axar.az-a istinadən  xəbər verir ki, bununla bağlı Xəzər TV süjet hazırlayıb.

 

Məlumata görə, artıq universitetin yataqxanasında son tamamlama işləri aparılır.

 

Universitetin dekanı Elmar Mustafayev bildirib ki, yataqxanaya sentyabr ayında mindən çox tələbə yerləşdiriləcək. Qarabağ Universitetində daimi əsaslarla işləyən müəllimlər, o cümlədən digər əməkdaşlar da tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzil tipli yataqxanalarla təmin olunacaqlar.

 

Qeyd edək ki, Qarabağ Universitetində 6 fakültə, 25 ixtisas üzrə tədris aparılacaq. İlkin mərhələdə 1500 tələbənin qəbulu nəzərdə tutulur.

 

Daha ətraflı videomaterialda:

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı