Xəbərlər 13.06.2024 17:22 2001

FHN tərəfindən Boulevard Hoteldə COP29 ilə əlaqədar maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakı şəhərində keçirilməsi ilə əlaqədar Boulevard Hoteldə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

 

Tədbirin keçirilməsində məqsəd otellərdə mümkün fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi, otel işçilərinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması olub.

 

Tədbiri giriş sözü ilə açan "Boulevard Hotel Company" MMC-nin baş meneceri Elşən Qurbanəliyev bu tipli maarifləndirici tədbirlərin otel işçiləri üçün faydalı olduğunu vurğulayıb.

FHN-in Bakı Regional Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdə Regional Mərkəzin, Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşlarının təqdimatında fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

 

Tədbirin nəzəri hissəsinə FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov yekun vuraraq COP29-un Azərbaycanda keçirilməsinin əlamətdar hadisə olmasından, ölkəmizin BMT-nin ən böyük tədbirlərindən birinə ev sahibliyi hüququ qazanmasının əhəmiyyətindən, Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən, bu yöndə aparılan işlərdən, müxtəlif maarifləndirici tədbirlərin təşkilindən geniş söhbət açıb.

 

Sonra tədbirin praktiki hissəsinə start verilib.

Praktiki hissədə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıb. Şərti yanğın baş vermiş oteldə təxliyə planına uyğun olaraq, zərərçəkmişlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”.

 

Uğurla başa çatan tədbirdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

 

Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən bu kimi tədbirlər mütəmadi olaraq təşkil edilir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı