Xəbərlər 14.06.2024 12:15 3949

"Müəllim cəmiyyətin xilaskarı kimi" layihəsinin İsmayıllıda həyata keçirilən tədbirləri - FOTOLAR

Azərbaycan Valideyn-Müəllim Assosiasiyası ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən "Müəllim cəmiyyətin xilaskarı kimi" layihəsinin fəaliyyət planına uyğun olaraq layihə heyəti 12 iyun 2024-cü il tarixində İsmayıllı şəhərində olub.

QHT.az xəbər verir ki, layihənin icrasına hazırlıq məqsədilə rayon İcra hakimiyyətinin nümayəndələri, Dağlıq Şirvan Regional Təhsil İdarəsi, İsmayıllı Təhsil sektorunun rəhbərliyi ilə görüş-məsləhətləşmələr keçirilib. İctimaiyyət, sosial media və aidiyyəti qurumların təkliflərini nəzərə alaraq, 12 iyun 2024-cü il tarixdə İsmayıllı Təhsil sektorunda rayonun 10-dan çox nümunəvi müəllimləri ilə görüş müsahibə aparılıb, Seçim və Qiymətləndirilmə Komissiyasının qəbul etdiyi müvafiq meyarlar əsasında 2 ən nümunəvi müəllim seçilib. 13 iyun 2024-cü il tarixində seçilmiş müəllimlərin ailələri ziyarət edilib, müəllimlər öz həyat yolu, yaradıcılıq və təcrübələrinin təqdimatlarını keçiriblər. Seçilən müəllimlər arasında təcrübəli müəllimə, şəhid Elnur Səmədovun anası ziyarət edilib. Müəllimlərlə keçirilən bu müsahibə-görüşdə Bakıdan birliyin icraçı direktoru Şahin Rəcəbov olmaqla, AVMA İB Ekspertlər Şurasının sədri, təhsil eksperti Nadir İsrafilov, Təhsil Forumu Sosial Platformasının rəhbəri Emil Tağızadə, Valideyn Fokus Qrupunun rəhbəri Aybəniz Mahmudova iştirak ediblər. Seçimdən kənar qalan digər müəllimlərin də fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması qərara alınıb və 4 nəfər yerindəcə mükafatlandırılıb.

Layihə 1 may - 31 iyul (3 ay) müddətini əhatə etməklə, 15 rayonu - Sabirabad, Siyəzən, Şamaxı, İsmayıllı, Qazax, Ağdaş, Göyçay, Salyan, Biləsuvar, Astara, Yardımlı, Qusar, Xaçmaz, Zaqatala, Balakən əhatə edəcəkdir.

Layihənin əsas məqsədi nümunəvi müəllimləri və onların təcrübələrini cəmiyyətə və ictimaiyyətə tanıtmaq, sosial mediada təbliğ etmək, müəllim nüfuzunun yüksəldilməsinə töhfə verməkdir. Layihə üzrə növbəti səfər Qazax rayonuna olacaqdır. Layihənin icrasında dəstək olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tərəfdaşlar Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, İsmayıllı rayon İcra kHaimiyyətinə, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəhbəri Rövşən Əliyevə, İsmayıllı rayon Təhsil sektorunun rəhbərliyinə, Təhsil Forumu Sosial Platformasının rəhbəri Emil Tağızadəyə, təhsil eksperti Nadir İsrafilova, Valideyn Fokus Qruplarına və əziz müəllimlərə minnətdarlığını bildirirlər.

Yerli icra, təhsil orqanları, icmalar, təhsil təşkilatları təkliflərini, müəllimlər öz təqdimatlarını (CV, videomateriallar və s) [email protected] emailə, 0705250300 WhatsApp nömrəsinə göndərə bilərlər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı