Xəbərlər 11.07.2024 17:04 3902

Zaur İbrahimli: QHT.az saytı vətəndaş cəmiyyəti sektoru ilə əlaqədar ən uğurlu layihələrdəndir 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli:

 

QHT.az saytının fəaliyyətə başlamasının  9 ili tamam olur.
Bu gün vətəndaş cəmiyyətinin, hamımızın və hər birimizin ruporuna çevrilmiş, QHT sektorunu cəmiyyətə təqdim edən və eyni zamanda,  sektorun özü ilə əlaqədar informasiya mühiti yaradan QHT.az saytının fəaliyyətə başlamasının  9 ili tamam olur.

QHT.az saytı  vətəndaş cəmiyyəti sektoru ilə əlaqədar ən uğurlu layihələrdəndir  və hər bir QHT-nin, bütövlükdə sektorun etibarlı tərəfdaşına çevrilib. QHT sektorunun inkişafı, vətəndaş cəmiyyəti ideyalarının cəmiyyətə translyasiyası, əks-əlaqə prosesinin effektiv qurulmasında  QHT.az saytının danılmaz xidmətiləri var.  

QHT-az saytı, həmçinin sektorun elektron arxivi, institusional yaddaşıdır. Hər birimizin, ümumilikdə sektorun dinamikasını QHT.az-da izləmək mümkündür. QHT.az, eyni zamanda islahatlar, yeniliklərə dəstək verməklə, ictimai inam yaratmaqla da əhəmiyyətli töhfə verir. 9-cü ildönümü münasibətilə başda qurucusu,

Baş redaktoru Cəsarət Hüseynzadə olmaqla, kollektivini təbrik edirəm. Yeni-yeni uğurlar arzulayıram.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı