"Tovuz" döyüşləri şəhidimiz Xəyyam Daşdəmirovun anım günüdür
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Xəyyam Daşdəmirov 2002-ci il fevralın 22-də İsmayıllı rayonunun Balik kəndində anadan olub.
QHT.az xəbər verir ki, o, 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhidimiz bir gün sonra 13 iyulda doğulduğu İsmayıllı rayonunda dəfn olunub.
Xəyyam Daşdəmirov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Ruhu şad olsun!