Xəbərlər 02.07.2025 15:42 90

“Qazi və şəhid xanımlarına psixoloji dəstək” layihəsi çərçivəsində sonuncu təlim və bağlanış tədbiri keçirilib - FOTOLAR

“Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Qazi və şəhid xanımlarına psixoloji dəstək” adlı sosial layihənin icrasını uğurla başa çatdırıb.

QHT.az xəbər verir ki, layihə çərçivəsində 02 iyul 2025-ci il tarixində şəhid və qazi xanımlarının iştirakı ilə “Emosional dəstək və empatiya” mövzusunda sonuncu psixoloji maarifləndirmə və dəstək təlimi, eyni zamanda layihənin bağlanış tədbiri təşkil olunub.

Tədbirin açılışında çıxış edən layihə rəhbəri, “Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyinin sədri Vüsalə Əmiraslanova layihənin məqsədi, gedişatı və əldə olunan nəticələr haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, layihə çərçivəsində keçirilən təlimlər şəhid və qazi ailələrinin emosional rifahının gücləndirilməsi, həyatın yeni mərhələlərinə daha sağlam psixoloji resurslarla addımlamaları baxımından mühüm rol oynayıb.

Tədbirdə Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Əməkdar müəllimə Zülfiyyə Vəliyeva və digər qonaqlar iştirak edərək layihənin sosial əhəmiyyətini yüksək qiymətləndiriblər. Qonaqlar şəhid ailələrinə və qazilərə göstərilən psixoloji dəstəyin dövlətin ümumi sosial siyasəti ilə uzlaşdığını və bu istiqamətdə belə təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd ediblər.

“Emosional dəstək və empatiya” mövzusunda keçirilən təlim isə psixoloq və təlimçi Fəridə Əliyeva tərəfindən aparılıb. Təlim zamanı iştirakçılara:
    - duyğusal yüklənmələrlə düzgün davranma yolları,
    - empatiya bacarığının gücləndirilməsi,
    - mənəvi dayanıqlığın formalaşdırılması
üzrə həm nəzəri bilgilər, həm də praktiki psixoloji üsullar təqdim olunub. Təlim interaktiv formatda keçib, iştirakçılarla qrup müzakirələri və şəxsi paylaşımlara geniş yer ayrılıb.
İştirakçılar təlimin onlara verdiyi mənəvi güc və dəstəyə görə təşəkkürlərini bildirərək bu cür layihələrin davam etməsinin vacibliyini vurğulayıblar.

Layihənin maliyyə dəstəyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən göstərilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı