Xəbərlər 18.07.2024 08:23 2089

Yunanıstanda istilər səbəbindən günün ortasında ölkənin əsas attraksionunu bağlamaq qərarına gəliblər

Akropolda növbə tutan turistlərə pulsuz su verilir.

QHT.az xəbər verir ki, Yunanıstanın Mədəniyyət Nazirliyi ölkədə həddindən artıq istilər səbəbindən Afinanın məşhur Akropolunun günün ortasında bir neçə saatlıq bağlanması barədə göstəriş verib. Meteoroloqların fikrincə, Afrikadan gələn isti hava Yunanıstanı daha bir neçə gün - ən azı bazar gününə qədər yandırmağa davam edəcək. İsti dalğası çərşənbə və cümə axşamı pik həddə çatıb, maksimal temperatur 43 dərəcə Selsiyə çatıb.

Səlahiyyətlilər ölkənin ən böyük mədəni məkanı olan Afinanın məşhur Akropolunu günortadan axşam saat 5-ə qədər bağlayıb. Bu arada, Yunanıstan bələdiyyələri normal olaraq qapalı, kondisionerli yerləri ictimaiyyətə təqdim ediblər. İnsanlar həmçinin günün ən isti vaxtlarında günəşə məruz qalmamağa və tez-tez su içməyə çağırılır.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı