2024-cü ildə turistlər üçün dünyanın ən təhlükəli 5 şəhərinin adı açıqlanıb
QHT.az xəbər verir ki, 2024-cü ilin ən "riskli" şəhərləri müəyyən edilib. Reytinqə əsasən, beynəlxalq səyahətçilər üçün ən təhlükəli şəhərlər Venesuela, Pakistan və Myanmadır. Araşdırmada cinayət, şəxsi təhlükəsizlik, sağlamlıq, infrastruktur, təbii fəlakətlər və rəqəmsal təhlükəsizlik kimi yeddi risk kateqoriyası üzrə 60 şəhər qiymətləndirilib.
Ən Riskli Şəhərlər:
- Karakas, Venesuela - 100 bal
- Kəraçi, Pakistan - 93,12 bal
- Yanqon, Myanma - 91,67 bal
- Laqos, Nigeriya - 91,54 bal
- Manila, Filippin - 91,49 bal
Ən təhlükəsiz şəhərlər isə Sinqapur, Tokio və Toronto olaraq seçilib.
Pərvanə Fərhadqızı