Xəbərlər 19.07.2024 18:08 4019

“Bərdə və Göygöl rayonlarında məişət zorakılığı ilə mübarizə” adlı layihə çərçivəsində TƏDBİR - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “İnkişaf Təşəbbüsləri” İctimai Birliyi “Bərdə və Göygöl rayonlarında məişət zorakılığı ilə mübarizə” adlı layihə çərçivəsində 16.07.2024-cü il tarixdə Göygöl rayonunun Yeni Zod kəndində tədbir keçirib. Tədbirdə İnkişaf Təşəbbüsləri İctimai Birliyinin sədri, layihə rəhbəri Ziba Quliyeva, ekspert Şərqiyyə Dadaşova və icma üzvləri iştirak etdilər.

QHT.az xəbər verir ki, layihə rəhbəri Z.Quliyeva layihənin məqsədi və donor təşkilat haqqında ətraflı məlumat verdi. Layihənin eksperti Ş.Dadaşova məişət zorakılığı və onun növləri, məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının 22 iyun 2010-cu il tarixli qanunu barədə geniş təqdimat etdi. Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir. Məişət zorakılığının qarşısının alınması sahəsində əsas prinsiplər, bu Qanunun şamil edildiyi şəxslər, məişət zorakılığı barədə şikayətlərə baxan dövlət orqanları, Məişət zorakılığı barədə şikayətlərin araşdırılması və digər maddələr barədə geniş məlumat verildi.

Tədbirdə S.Əliyeva, A.Əşrəfova və digər iştirakçılar mövzu ətrafında çıxış edərək məişət zorakılığının qarşısının alınması ilə bağlı təkliflərini bildirdilər. Mövzu ətrafında müzakirələr aparıldı. İştirakçıların sualları cavablandırıldı. İştirakçılardan İ.Hacıyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və İnkişaf Təşəbbüsləri İB-nə təşəkkür etdi. Yekunda qiymətləndirmə aparıldı.

Layihə rəhbəri Z. Quliyeva tədbirin uğurlu alınmasında dəstəyinə görə Göygöl Rayon İcra hakimiyyətinin başçısı cənab Elvin Paşayevə, Göygöl Rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimovaya minnətdarlığını bildirdi. 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı