Xəbərlər 19.07.2024 18:14 5544

“Şəhid  və veteran ailələrinə psixoloji və sosial xidmət” layihəsi uğurla davam edir - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəfa” Psixoloji-Sosial Yardım İctimai Birliyinin həyata keçirdiyi “Şəhid  və veteran ailələrinə psixoloji və sosial xidmət” layihəsi uğurla davam edir.

QHT.az xəbər verir ki, layihənin məqsədi Vətən Müharibəsi Şəhidi və veteranı ailələrində müharibə dövründə mənəvi-psixoloji zədə görmüş insanların yenidən cəmiyyətə  adaptasiya olunmasına dəstək olmaqdır. 16-17 iyul 2024-cü il tarixlərində  layihənin  hədəf  rayonlarından olan Ağdamda  psixoloji dəstəyə daha çox ehtiyacı olan on Şəhid və veteran ailələrinə psixoloji xidmət göstərildi. Şəhid və veteran ailələri ilə psixoloji konsultasiya təşkil edilməklə  həmin ailələrdə  olan qadınların, uşaqların psixoloji yükünün azaldılması, cəmiyyətə inteqrasiyası sahəsində ailələrin bilik və bacarıqları inkişaf etdirildi. Şəhid ailələrinə səfərlər edildi. Həyata keçirilən reabilitasiya xidməti layihədə psixoloq kimi fəaliyyət göstərən ixtisaslı psixoloq Nəzakət Quliyeva və könüllü olaraq layihəyə qoşulan ixtisaslı psixoqlar Piyələ Abışova  və Pərvanə Qarayeva tərəfindən aparıldı. 

Hər bir ailəyə "Müharibə depressiyası olan ailə üzvlərinə onunla necə davranması” barədə məlumatlar əks olnunan maarifləndirici bukletlər paylanıldı.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı