Xəbərlər 30.08.2024 17:33 3320

“Qarabağda qadınların və gənclərin sosial rifahına dair təşəbbüslər” layihəsi çərçivəsində növbəti fokus-qrup müzakirələri- FOTOLAR

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən “Qarabağda qadınların və gənclərin sosial rifahına dair təşəbbüslər” layihəsi çərçivəsində növbəti fokus-qrup müzakirələri həyata keçirib. QHT.az xəbər verir ki, baş tutan fokus-qrup Azərbaycanda iqtisadi və hüquqi təşəbbüslərlə,qadın hüquqları ilə məşğul olan QHT-lərin rəhbər şəxsləri və ekspertlərin iştirakı ilə keçirilib.

Fokus-qrup müzakirələrinin əsas məqsədi Qarabağa qayıdış konsepsiyasının gücləndirilməsi istiqamətdə ekspertlərdən kiçik və orta sahibkarlığın inkişanı dəstəkləyən təklif və tövsiyyələrin,eyni zamanda hüquqi prosedurların və mexanizmlərin tətbiqi və gücləndirilməsi istiqamətində maraqlı təkliflərin əldə olunmasıdır.

Fokus-qrup müzakirələrinidə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin Prezidenti İlqar Hüseynli giriş nitqi ilə çıxış etdi. Daha sonra Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli tədbirin işinə uğurlar arzuıladı və bildirdi ki,eyni zamanda bu gün Beynəlxalq İtkinlər günüdür.

Bu gün həm də Beynəlxalq ictimaiyyətdən Ermənistanda itgin düşmüş Azərbaycan vətəndaşları və kütləvi məzarlıqlar barədə məlumatların əldə olunmasını tələb etməliyik.

Bundan sonra fokus-qrupu idarə etmək üçün söz layihənin eksperti,iqtisad elmləri üzrə fəlsəfə doktoru İlham Hüseynliyə verildi və müzakirələr onun tərəfindən idarə edildi. Muzakirələr zamanı QHT sektorunun tanınmış simaları Mirəli Hüseynov, Ziya Quliyev, Cəsarət Hüseynzadə, Rahilə Mehdiyeva, Vüqar Hüseynov, Əhməd Abbasbəyli, Vüsalə Hüseynli, Aynurə Miriyeva, Fariz Əkbərli, Xalid Kazımlı, Səbinə Ələkbərova və digəriləri maraqlı təkliflərlə çışıx etdilər. Ekspertlər tərəfindən Qayıdış prosesində qadınların və gənc sahibkarların fəaliyyətinin stimullaşdırılması,onların mülkiyyət hüquqlarının təminatı,vergi,gömrük və maliyyə əlçatanlığının təminatı istiqamətində təkliflər irəli sürüldü.

Qarabağ müharibəsi zamanı məcburi köçkün statusu daşımış gənclərə və qadınlara sahibkarlıq bacarıqlarının artırılmasına və sahibkarlığa başlama prosesində dəstək mexanizmləri barədə təkliflər səsləndirdilər. Səsləndirilən bütün təkliflər və tövsiyyələr layihənin sonunda hazırlanacaq hesabat sənədinə daxil edilərək müvafiq qurumlara və geniş ictimaiyyətə çatdırılacaq. Layihənin növbəti mərhələsi Cəbrayıl-4 və Zobucuq-2 yaşayış məntəqələrində davam edəcəkdir.Eyni zamanda kiçik və orta sahibkarlarının ehtiyaclarını qiymətləndirmək məqsədilə sosioloji tədqiqat həyata keçiriləcək.Yekun hesabat sənədi hazırlanaraq müvafiq qurumlara təqdim ediləcək.

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı