Minatəmizləmə üzrə Beynəlxalq Mərkəzin yaradılması üzrə məsləhətləşmələr keçirilib - FOTOLAR
5 sentyabr tarixində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı və səfirliklər, digər BMT agentlikləri və minalarla mübarizə təşkilatları da daxil olmaqla, 40-dan artıq nümayəndənin iştirakı ilə Azərbaycan ərazilərinin Minalardan Təmizlənməsi üzrə Beynəlxalq Mükəmməllik və Təlim Mərkəzinin qurulmasının əsaslarına dair məsləhətləşmələr aparılıb.
QHT.az xəbər verir ki, tədbiri giriş nitqi ilə ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident-nümayəndəsi Alessandra Rokkasalvo açıb. Görüş Mərkəzin təlim və innovasiyalar üçün qlobal mərkəzə çevrilməsi məqsədini daşıyan III Beynəlxalq Minatəmizləmə Konfransına əsasən baş tutub.
Qeyd edək ki, BMT-nin İnkişaf Proqramı donorların dəstəyini və Mərkəzin yaradılmasına göstərilən səyləri yüksək qiymətləndirir. Azərbaycan və onun hüdudlarından kənarda təhlükəsiz gələcək naminə çalışmağa davam ediləcək!