“Həsas əhali qruplarının, ahılların, əlillərin, məişət zorakılığının və ailə münasibətlərində mediasiyanın rolu və üstünlükləri” mövzusunda tədbir - FOTOLAR
Bu gün Astara rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Astara rayonun Siyəkü kənd orta məktəbində yerli əhali və idarə rəhbərləri ilə “Həsas əhali qruplarının, ahılların, əlillərin, məişət zorakılığının və ailə münasibətlərində mediasiyanın rolu və üstünlükləri” mövzusunda tədbir keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə Astara Rayon İcra Hakimiyyəti Başçısının Hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, Astara Rayon İcra Hakimiyyətinin işçisi Aqil Əhmədov, Lənkəran 1 saylı Mediasiya Təşkilatının direktoru, mediator Ramin Şükürov, Lənkəran 1 saylı Mediasiya Təşkilatının Astara rayonu üzrə mediatoru Orxan İbrahimov iştirak edib. Tədbirdə Astara rayon İcra Hakimiyyəti Başçısının hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, Astara rayon İcra Hakimiyyətinin işçisi Aqil Əhmədov mövzu üzrə çıxış edib.
Mediator Ramin Şükürov tədbirdə çıxış edərək, hazırkı dövürdə mediasiyanın perspektivliyini, könüllü olaraq vətəndaşların mediasiya vasitəsi ilə kommersiya və mülki mübahisələrin həlinin mümkün olduğunu, bağlanmış barışıq sazişinin icra üsullarından və üstünlüklərindən söz açıb. Astara rayonu üzrə fəaliyyət göstərən mediator Orxan İbrahimov ailə və əmək münasibətlərində mediasiyanın effektliyini, tərəflərin məhkəmədən əvvəl ilkin mediasiya sessiyasında iştiraklarının məcburi olduğunu, ailə münasibətlərindən irəli gələn mübahisələrin qısa vaxt ərzində mediasiya vasitəsi ilə həllinin mümkün olduğunu vurğulayıb.
Lənkəran 1 saylı mediasiya təşkilatı tərəfindən “Mediasiyanın vətəndaşlar arasında marifləndirilməsində, təbliğ və təşviqində göstərdikləri xidmətlərə görə” Astara Rayon İcra Hakimiyyətinə təşəkkürnamə təqdim edilib.