Yeni tədris ilində UNEC-in Elmi Şurasının ilk iclası keçirilib - FOTOLAR
Elmi Şurada yay imtahan sessiyasının, yaz semestrinin, UNEC-ə qəbulun nəticələri barədə hesabatlar dinlənilib. Yazılı və test imtahanlarının yeni siyahısı, keyfiyyət təminatı, ailə vəziyyətinə görə akademik məzuniyyət verilməsi qaydaları, xarici dilin tədrisinin təşkili və təkmilləşdirilməsinə dair təkliflər qəbul edilib.
QHT.az xəbər verir ki, elmi fəaliyyətin nəticəliliyinin artırılması üçün mövcud qaydalara dəyişikliklər olunub və 2 tədqiqat mərkəzi - Marketinq, İstehlakçı Davranışı və Brendinq Mərkəzi ilə İqlim Dəyişiklikləri və İstixana Qazlarının İdarəedilməsi tədqiqat mərkəzləri yaradılıb.