Biləsuvarda “Ailə mübahisələrində mediasiyanın üstünlüyü” mövzusunda tədbir keçirilib - FOTOLAR
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Lənkəran 1 saylı Mediasiya Təşkilatının rəhbəri Ramin Şükürov və Biləsuvar rayonu üzrə fəaliyyət göstərən mediator Tahir Şahbazovu qəbul edib.
QHT.az xəbər verir ki, görüş zamanı Biləsuvar rayonunda mediasiyanın uğurlu inkişaf etdiyini, vətəndaşlar arasında marifləndirilmənin və vətəndaşlara əlçatımlılığın yaradılmasından bəhs edilib. Daha sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Biləsuvar rayonunda Heydər Əliyev Mərkəzində “Ailə mübahisələrində mediasiyanın üstünlüyü” mövzusunda tədbir keçirilib. Tədbirdə Biləsuvar rayon İHB-nın İctimai Siyası məsələləri üzrə Humanitar şöbəsinin müavini Ziya Qurbanov, Lənkəran 1 saylı Mediasiya Təşkilatının rəhbəri Ramin Şükürov, mediatorlar Orxan İbrahimov, Tahir Şahbazov və İnqilab Bayramov iştirak edib.
Mediator Ramin Şükürov tədbirdə iştirak edən idarə və təşkilat rəhbərlərinə mediasiyanın bu gün cəmiyyətdə üstün inkişafından, fəaliyyətə başlandığı dövrdən bu günə olan uğurlarından, mediasiyanın məhkəmədən fərqindən və barışıq sazişinin icrası üsullarından bəhs edib.
Tədbirdə çıxış edən Biləsuvar rayonunda fəaliyyət göstərən mediator Tahir Şahbazov ailə münasibətlərindən irəli gələn mübahisələrin həllində mediatorun rolunun, ailə mübahisələrində əldə edilən uğurlardan və "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunlarından, Astara rayonunda fəaliyyət göstərən mediator Orxan İbrahimov tədbir iştirakçılarına mediasiyada kommersiya və mülki işlərin könüllü müraciətlərinə baxılma qaydasından və vətəndaşların mediasiyada əldə etdikləri uğurlarından, Cəlilabad rayonu üzrə fəaliyyət göstərən mediator İnqilab Bayramov isə vətəndaşların mediasiyaya müraciət qaydalarından və mediasiya prosesinin keçirilməsi qaydalarından bəhs edib.
Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.