Xəbərlər 13.09.2024 17:55 2016

QHT Yasamal rayonunda növbəti monitorinq keçirib - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) paytaxtın müxtəlif rayonlarındakı çatışmazlıqların aradan qaldırılması məqsədilə növbəti monitorinqi Yasamal rayonunda keçirib.

QHT.az xəbər verir ki, bu gün icra hakimiyyətinin əməkdaşları və RİİB könüllülərindən ibarət monitorinq qrupları reydlər aparıb. Reyd zamanı asfalt örtüklərinin yenilənməsi, yaşıllıq zolaqlarının salınması, küçələrin işıqlandırılması və təhlükəsiz hərəkət üçün sakilərin bərpası kimi mövzular araşdırılıb.

Aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti qurumlarla birgə tədbirlər görüləcək. Bu monitorinqlər Bakı Şəhər İcra Hakimiyyəti ilə RİİB arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində davamlı şəkildə həyata keçirilir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı