"Sağlamlığa Xidmət" İB vərəmlə mübarizədə Oneİmpact mobil tətbiqini tətbiq edir - FOTOLAR
"Sağlamlığa Xidmət" İctimai Birliyi "Azərbaycanda vərəmdən əziyyət çəkən insanların səlahiyyətlərini artırmaq və dəstəkləmək üçün icma tərəfindən idarə olunan monitorinq sisteminin gücləndirilməsi" layihəsi çərçivəsində Oneimpact mobil tətbiqin icrasına başlayıb.
QHT.az xəbər verir ki,Oneİmpact tətbiqi vərəmdən təsirlənən insanlar üçün Stop TB Partnership tərəfindən yaradılıb, "Saglamliga Khidmat" Public Union tərəfindən Azərbaycan kontekstində uyğunlaşdırılıb. 12 sentyabr tarixində Yevlax şəhər MX PHŞ- in vərəm şöbəsində vərəmdən təsirlənən insanlar və tibb işçiləri üçün tədbirlər keçirilib. Oneİmpact mobil tətbiqi istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb. Bu tədbirdə 30 nəfər Oneİmpact mobil tətbiq barəsində məlumatlandırıldı və qeydiyyatdan keçərək, sorğuda iştirak etdilər.
Oneİmpact mobil tətbiq barəsində ətraflı məlumat:
- Tətbiqi Play Market və ya App Store-dan yükləyə və qeydiyyatdan keçə bilərsiniz.
- Hüquqlarınızı bilin bölməsində hüquqlarınız haqqında məlumatlar əldə edə bilərsiniz.
- Məlumat Əldə Edin bölməsində ekspertlərdən və vərəmdən təsirlənən insanlardan maraqlı informasiya əldə edə biləcəksiniz.
- Müəssisəni Tapın bölməsi ilə ətrafınızda olan sizə köməklik göstərə biləcək bütün tibb müəssisələrini tapa bilərsiniz.
- Qoşulun bölməsi sizə dəstək qrupları - forumlar, və ya tətbiqin istifadəçisi olan digər pasiyentlərlə ünsiyyət qura bilərsiniz.
- Siz vərəmlə bağlı qarşılaşdığınız problemlər barədə dəstək komandasına sorğu da göndərə bilərsiniz. Bu zaman probleminizin həlli üçün sizə dəstək göstəriləcəkdir.
Oneimpact Azərbaycan - sizin sadiq dostunuz, vərəmdən sağalanadək!