Xəbərlər 16.09.2024 08:30 1449

QHT sədri Qazax rayonunda şəhid ailələrinə göstərilən diqqəti yüksək qiymətləndirib - FOTOLAR

"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, Qazax rayonuna səfəri zamanı şəhid ailələrinə göstərilən diqqət və qayğıdan dərin təsirləndiyini bildirib. O, bu səfər çərçivəsində Qazax rayonunda antiterror əməliyyatı zamanı şəhid olmuş Yunis Kazımov və Azər Məmmədovun məzarlarını ziyarət edib, 44 günlük Vətən müharibəsi şəhidi Xalid Veyislinin mövlud mərasimində iştirak edib.

QHT.az xəbər verir ki, T. Abduləlimova şəhid ailələri ilə görüşündə rayon rəhbərliyinin bu ailələrə göstərdiyi dəstəyi xüsusi olaraq qeyd edib. "Qazax rayon icra başçısı Rəcəb Abas oğlu Babaşovun şəhid ailələrinə göstərdiyi yüksək qayğı və diqqət hər kəsin təqdirinə layiqdir. Hər bir şəhid ailəsi Rəcəb müəllimin diqqətini və dəstəyini hiss edir.Şəhidlərimizi ziyarət edən zaman gözəl insanlarla taniş olduq. Şəhid ataları Elxan ata,Vaqif ata və Əfqanistan, Qarabağ veteranımız Azər qardaşlarımla təsadüfi tanışlıq bəlkədə təsadüfi deyildi.Bu insanlar Qazax rayonunu,insanlarını xüsusi olaraq İcra başşısını bizə elə gözəl tanıtdırdılar ki, buna görə xüsusi minnətdarlığımı bu cür paylaşaraq bildirmək istədim.," deyə o vurğulayıb.

Səfər zamanı təsadüfən şəhid ataları və veteranlarla tanış olan Tünzalə Abduləlimova, onların Rəcəb müəllimin gördüyü abadlıq işləri və şəhid ailələrinə göstərilən qayğı barədə söylədiklərinin təsadüfi olmadığını bildirib. "Bu səfər zamanı Qazax rayonunda gördüklərim mənə bir daha sübut etdi ki, şəhidlərimizin ailələrinə hörmət və diqqət daim ön plandadır. Hər bir icra başçısının Rəcəb müəllimdən örnək alması vacibdir," deyə Abduləlimova əlavə edib.

O, həmçinin icra başçısının köməkçisi Samir müəllimin ziyarətləri zamanı göstərdiyi diqqəti və qonaqpərvərliyi yüksək qiymətləndirib. "Bu sadəcə bir insanlıq göstəricisi deyil, eyni zamanda dövlətimizin şəhid ailələrinə olan münasibətinin bariz nümunəsidir. Bəzi İcra başçıları elə bilirlər ki,o kresloda əbədidirlər. Hərdən o kreslodan qalxın dönün o kresloya yaxşı baxın,baxın ki,siz özünüzdən sonra kreslo qoyub getmək üçün orda əyləşmisiniz yoxsa gözəl ad abad olunmuş gözəl şəhər.Sizdə o gəlib gedənlərdənsiz. Unutmayın bu gün bütün dünyada sözümüzü deyən,birlik rəmzimiz olan dəmir yumruğunu göstərən mənim Prezidentim İlham Əliyev Cənabları, sizi o kresloya oturdan sabah sizi elə özüdə yumruğunu başınıza vuracaq. AYILIN İÇRA BAŞCILARI. Mən bir daha Qazax Rayonu İçra Başcısı Rəcəb Abas oğlu Babaşova "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İB ailəsi adından və Şəhid anası kimi xüsusi təşəkkür edirəm. Mənim Şəhidlərimizə və Ailələrinə belə xidmətləri var. Var olasınız, sizin gördüyünüz işlər Qazax rayonunda hər vaxt var olacaqdır. Allah başınızı uca eləsin. Və ən əsası bütün  icra rəhbərlərinə sizdən örnək almalarını tövsiyə edirəm" deyə Tünzalə Abduləlimova vurğulayıb.

Sonda Tünzalə Abduləlimova, "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi adından Qazax rayon icra başçısı Rəcəb Abas oğlu Babaşova təşəkkür edib və bu nümunəvi xidmətlərin digər icra başçıları üçün də örnək olmasını arzulayıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı