Xəbərlər 18.09.2024 20:15 1181

Siyəzəndə “Sağlamlıq imkanları məhdud uşaqlara qayğı tədbirləri” keçilib - FOTOLAR

“Sosial Dayaq” İctimai Birliyi Siyəzən rayonunda həyata keçirdiyi “Sağlamlıq imkanları məhdud uşaqlara qayğı tədbirləri” adlı layihəni Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə həyata keçirib. Layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlara uşaq mütəxəssisləri tərəfindən təlimlər keçirilib və valideynlər məlumatlandırılıb.

QHT.az xəbər verir ki, valideynlərə uşaqları ilə ev şəraitində necə ünsiyyət qurmaları barədə məsləhətlər verilib. Layihə müddətində ad günü olan uşaqların ad günləri də qeyd olunur. Bu tədbirlər uşaqların sevincinə səbəb olur və layihə bitənə qədər ad günü olan bütün uşaqların ad günləri qeyd ediləcək.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı