Bu gün qəhrəman şəhidimiz Rəşad Hüseynovun anım günüdür
Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi Dəstəsinin polkovnik-leytenantı olan Hüseynov Rəşad 10 mart 1980-ci ildə Şirvan şəhərində anadan olub.
QHT.az xəbər verir ki, 21 saylı tam orta məktəbdə orta təhsil alıb. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 44 günlük Vətən müharibəsinin də iştirakçısı olan Rəşad Hüseynov 19-20 sentyabr 2023-cü il tarixlərində keçirilən antiterror əməliyyatları zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Rəşad Hüseynov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!