Xəbərlər 19.09.2024 15:15 1210

Dövlət Suverenliyi Günü təsis edilib 

QHT.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq, hər il sentyabrın 20-si ölkədə Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. 

Bu qərar Azərbaycanın 2020-ci ildə Vətən müharibəsi nəticəsində tarixi Zəfər qazanaraq işğaldan azad etdiyi torpaqlarında dövlət suverenliyinin bərpa olunması və 2023-cü ilin sentyabrında Qarabağda antiterror əməliyyatlarının müvəffəqiyyətlə həyata keçirilməsindən sonra qəbul edilib. Prezident sərəncamında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını və bütün ərazisində qanunun aliliyinin təmin edilməsini xüsusi vurğulayıb.

Bu əlamətdar gün, Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin və qazandığı uğurların simvolu kimi qeyd olunacaq.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı