Xəbərlər 04.10.2024 16:43 2810

Nazirliyin Aparatının rəhbəri Fuad Musayev İmişli rayonunda vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev oktyabrın 4-də İmişli rayonunda sakinləri qəbul edib.

 

Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.

 

F.Musayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

 

Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı