Eyyub Kərimli: "Qapalı səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi onların rentabelliyini artırar"
İqtisadçı-ekspert Eyyub Kərimli qapalı səhmdar cəmiyyətlərinin böyüməsinin məqsədəuyğun olmadığını bildirib.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, bu cəmiyyətlər çox vaxt dövlətə məxsus olmaqla səmərəli idarəçilik göstərə bilmir və tez-tez büdcədən dotasiya alır. QHT sədri qeyd edib ki, bu cür müəssisələrin, xüsusilə istirahət mərkəzlərinin özəlləşdirilməsi onların fəaliyyətini yaxşılaşdırar və daha rentabelli olmasına kömək edər. Özəlləşdirmə sayəsində həmin müəssisələr rəqabətə davam gətirərək turizm sahəsində daha geniş imkanlar yarada bilər və büdcədən asılılığı azalar.
Pərvanə Fərhadqızı