ABŞ-dan Türkiyəyə uçan sərnişin təyyarəsinin pilotu ölüb - BBC
Pilotun ölüm səbəbi hələlik məlum deyil.
QHT.az xəbər verir ki, pilot Türk Hava Yollarına məxsus ABŞ-dan Türkiyəyə uçan sərnişin reysi zamanı dünyasını dəyişib . 59 yaşlı kapitan İlçexin Pexlivan təyyarə havada olarkən xəstələnib. BBC-nin məlumatına görə, pilot huşunu itirib və ona ilk yardım göstərməyə çalışsalar da, heç bir nəticə olmayıb. Buna görə də ekipaj təcili eniş tələb edib. İkinci pilot və köməkçi pilot təyyarənin idarəsini ələ keçirib. Təəssüf ki, kapitan təyyarə eniş etməmiş dünyasını dəyişib. Airbus A350 Sietldən havaya qalxdıqdan təxminən səkkiz saat sonra Nyu-Yorka eniş edib.
Pilotun ölüm səbəbi hələlik məlum deyil. O, martın əvvəlində müntəzəm tibbi müayinədən keçib və səhhətində heç bir problem aşkar edilməyib. Nəşr vurğulayıb ki, pilotlar hər 12 aydan bir tibbi müayinədən keçməlidirlər. 40 yaşdan yuxarı olanlar tibbi arayışlarını hər altı aydan bir yeniləməlidirlər.
Qeyd olunur ki, dünyasını dəyişən İlçexin Pehlivan 2007-ci ildən Türk Hava Yollarında çalışıb.
Qeyd edək ki, bu mülki aviasiya tarixində pilotun uçuş zamanı həlak olması ilə bağlı ilk hadisə deyil. 2015-ci ildə amerikalı pilot Maykl Conston 147 sərnişin və 5 ekipaj üzvü olan təyyarəni idarə edərkən həlak olub. 57 yaşlı pilot infarkt keçirə bilərdi. Constonun həyat yoldaşı bildirib ki, əri 2006-cı ildə ikiqat ürək bypass əməliyyatı keçirib.
Pərvanə Fərhadqızı