Xəbərlər 04.11.2024 14:54 1214

DSMF ABŞ-də yerləşən qurumun müsabiqəsində “Rəqəmsal İnfrastrukturun Gələcəyində Ən Yaxşı Qurum” mükafatına layiq görüldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) ABŞ-də yerləşən “International Data Corporation” (IDC) beynəlxalq qurumunun “IDC Future Enterprise Awards 2024” müsabiqəsində iştirak edib. 

 

Fondun təqdim etdiyi iş həmin beynəlxalq müsabiqədə yüksək qiymət alaraq, “Mütləq Qalib – I yer” statusu ilə “Rəqəmsal İnfrastrukturun Gələcəyində Ən Yaxşı Qurum” mükafatına layiq görülüb. İkinci yeri “Acciona” (İspaniya), 3-cü yeri “CBRE” (ABŞ) beynəlxalq qurumları tutublar.

 

IDC dünya miqyasında innovasiya və istehlak texnologiyaları bazarları üçün əsas qlobal məlumat təminatçısıdır və onun “IDC Future Enterprise Awards” beynəlxalq mükafatı da dünya üzrə innovasiya, rəqəmsal transformasiya və əməliyyat mükəmməlliyinə liderlik edən təşkilatlara verilir. 

 

Müsabiqədə DSMF ilə yanaşı, Türkiyə, BƏƏ, Finlandiya, Fransa, Macarıstan, Küveyt, Norveç, Almaniya, Niderland da daxil olmaqla bir çox ölkələrdən dövlət və özəl qurumlar iştirak ediblər.

 

Bu mükafat DSMF-nin 2024-cü il ərzində layiq görüldüyü 27-ci, 2021–2024-cü illər ərzində 50-ci beynəlxalq mükafatdır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı