Xəbərlər 14.11.2024 18:57 362

Bir qrup QHT etiraz aksiyası keçirib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 14-də "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması"nın təşkilatçılığı ilə Avropada miqrantlara qarşı təzyiqlərə, dözülməz münasibətə etiraz olaraq aksiya keçirilib.

QHT.az xəbər verir ki, aksiyada iştirakçılar üzərində iqlim dəyişikliyinə qarşı mübarizəyə və miqrantların hüquqlarının müdafiəsinə çağırışa dair şüarlar yazılmış plakatlar qaldırıblar.

“İnkişafa və islahata dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev qeyd edib ki, miqrantlara münasibətdə hər zaman haqq səsi ucaldılmalıdır:

“Çünki onlara qarşı haqsızlıqlar çoxalıb. Onların hüquqları pozulmaqla yanaşı, övladları təhsilsiz qalır, hətta təhsil ocaqlarında hücumlara məruz qalırlar. Belə hallarla qarşılaşanda, hüquqlarının müdafiəsi üçün vəkil tapa bilmirlər, yerləşdikləri sığınacaqlar çox natəmizdir. Sərhəddən keçəndə onlara bilərəkdən süni problemlər yaradılır”.

Gənc fəal Şəbnəm İbrahimli isə miqrasiya məsələsinin bütün dünyada qlobal problem olduğunu diqqətə çatdırıb:

“İqlim dəyişikliyi zamanı miqrantlar əsasən su qıtlığı, öz ərazilərini tərk etmək, təbii fəlakət və bu kimi digər problemlərlə qarşı-qarşıya qalırlar. Beynəlxalq tədbirdə diqqəti az da olsa, bu həssas məsələyə yönəltmək istədik”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı