Rəşad Məcidin 60 illik yubileyinə həsr olunan tədbir və yeni kitabın təqdimatı olacaq
Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə, 23 noyabr 2024-cü il tarixində (saat 14:30) Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, tanınmış şair və publisist Rəşad Məcidin 60 illik yubileyi qeyd ediləcək. Tədbir çərçivəsində, onun haqqında yazılmış "Qələmli və Qələmsiz: Rəşad Məcid portreti" adlı kitabın təqdimatı da keçiriləcək.
QHT.az xəbər verir ki, tədbirdə iştirak sərbəst olub, bütün maraqlı şəxslər dəvətlidir. Tədbir Gəncliyə Yardım Fondunun konfrans salonunda (Cəfərov qardaşları küçəsi 16) baş tutacaq.
Qeyd edək ki, Rəşad Məcidin 60 illik yubileyi ədəbiyyatsevərləri və media nümayəndələrini bir araya gətirəcək, onun zəngin yaradıcılığı və həyatı haqqında daha yaxın məlumat əldə etmək imkanı yaradacaq.
Pərvanə Fərhadqızı