Almaniya Ukraynaya daha bir hərbi yardım göndərib
Almaniya Ukraynaya yeni hərbi yardım paketi göndərib.
QHT.az xəbər verir ki, növbəti yardım partiyasına dörd PzH 2000 özüyeriyən haubitsa və yeddi M109 haubitsa, 41 000 155 mm-lik artilleriya sursatı, 47 minaya davamlı zirehli texnika, Karakal desant maşınları və digər silahlar daxildir.
R.İmanov