Xəbərlər 30.11.2024 19:08 350

Deputat Pərvanə Vəliyeva növbəti dəfə seçiciləri ilə görüşdü - FOTOLAR

Deputat Pərvanə Vəliyeva: Vətəndaşlarımızın dövlətə olan inamı məsuliyyətimizi artırır

Milli Məclisdə Xətai rayonunu təmsil edən deputat Pərvanə Vəliyeva vətəndaş qəbulu çərçivəsində seçiciləri ilə növbəti görüşünü keçirdi. Qəbul zamanı seçicilərin müraciətləri dinlənilib, onları narahat edən məsələlərin həlli istiqamətində dəstək göstəriləcəyi qeyd olunub.  

Deputat görüşlə bağlı fikirlərini belə ifadə edib:  
"Bu gün Milli Məclisdə təmsil etdiyim Xətai rayonunda vətəndaş qəbuluna yaxınlaşmış seçicilərimlə görüşdüm, onları narahat edən məsələləri dinlədim. Qaldırdıqları məsələlərin həlli istiqamətində onlara dəstək olmağa çalışacağıq. Vətəndaşların dövlətimizə inam və etimadı onlar qarşısında məsuliyyətimizi daha da artırır."

Növbəti qəbulun tarixi
Pərvanə Vəliyeva diqqətə çatdırıb ki, növbəti qəbul 7 dekabr tarixində, saat 10:00-dan 12:00-dək keçiriləcək. Həmin tarixdə iştirak edə bilməyən şəxslərin isə növbədənkənar qəbul edilməsi mümkün olacaq.  

Qəbulda iştirak etmək istəyən vətəndaşlar aşağıdakı nömrələrlə əlaqə saxlayaraq ətraflı məlumat ala və qeydiyyatdan keçə bilərlər:  
📞 +99455 811 33 30  
📞 +99470 811 33 30  

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı