Xəbərlər 03.12.2024 08:50 173

QHT Qarabağ Universitetində təhsil alan gənclərlə görüşüb - VİDEO

"Regional İnkişaf" İctimai Birliyinin Qarabağ Universitetində təhsil alan gənclərlə görüşüb.

QHT.az xəbər verir ki, "Regional İnkişaf" İctimai Birliyi tərəfindən Qarabağ Universitetində təhsil alan tələbələrlə maraqlı və faydalı bir görüş keçirilib. Görüşdə gənclərin təhsildə və karyera inkişafında qarşılaşdıqları çətinliklər müzakirə olunub, həmçinin onların sosial layihələrdə fəal iştirakının vacibliyi vurğulanıb.

Tədbir çərçivəsində gənclərə "RİİB"-in fəaliyyət istiqamətləri və həyata keçirdiyi müxtəlif layihələr haqqında ətraflı məlumat verilib. Qarabağın gənc tələbələri üçün nəzərdə tutulan xüsusi təlim və proqramlardan bəhs edilib.

Görüşdə tələbələr öz fikirlərini və təkliflərini də səsləndiriblər, bu da qarşılıqlı əməkdaşlıq üçün əhəmiyyətli bir addım olub. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı