Xəbərlər 04.12.2024 00:00 123

Deputat Pərvanə Vəliyeva şəhid ailəsini ziyarət edib - FOTOLAR

Bugün Vətən müharibəsi qəhrəmanı, şəhid Kapitan Elvin Ədalət oğlu Kazımovun doğum günü münasibətilə millət vəkili Pərvanə Vəliyeva şəhidin ailəsini ziyarət edib.

QHT.az xəbər verir ki, ziyarət zamanı şəhidin döyüş yolundan və göstərdiyi igidliklərdən bəhs edilib. Kapitan Elvin Kazımov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə misilsiz qəhrəmanlıq nümunəsi göstərərək Suqovuşanın, Laçının və işğal altında olan digər torpaqların azad edilməsində xüsusi şücaət nümayiş etdirib. Döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid olan Elvin Kazımovun adı xalqımızın qəlbində əbədi yaşayacaq.

Millət vəkili Pərvanə Vəliyeva şəhid ailəsinə başsağlığı verərək deyib: “Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın fədakarlığı heç vaxt unudulmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.

Allah rəhmət eləsin!

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı