Xəbərlər 04.12.2024 21:06 169

AGF cənub məşqçiləri üçün seminar keçirib

Lənkəran-Astara regionunun məşqçiləri üçün ümumrespublika seminarı

 

Azərbaycan Güləş Federasiyası (AGF) Lənkəran-Astara regionunun məşqçiləri üçün ümumrespublika seminarı keçirib. 
Lənkəran Olimpiya İdman Kompleksində təşkil edilən seminarda Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabaddan olan yunan-Roma və sərbəst güləş üzrə məşqçi-müəllimlər iştirak ediblər.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin idman şöbəsinin müdiri Yusif Xamiyev tədbirin təşkilinə görə AGF rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib.
AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev son zamanlar federasiyanın bölgələrdə fəaliyyət göstərən güləş zallarına verdiyi dəstəyi yüksək dəyərləndirib. 
Seminarda sərbəst güləş üzrə U-17 millinin məşqçisi Əsgərxan Novruzov, yunan-Roma güləşi üzrə U-20 millinin məşqçisi Zöhrab Abbasov, I-S kateqoriyalı referi Sədi Quliyev və Z.Abbasov nəzəri və praktiki məşğələlərdə öz təcrübələrini məşqçilərlə bölüşüb, məşqlərin keçirilməsi, güləş qaydalarının ətraflı izahı və digər mövzularda geniş məlumat veriblər.
Qeyd edək ki, seminarın keçirilməsində məqsəd ölkədə güləşin inkişafını sürətləndirmək, bölgələrdə çalışan məşqçilərin bilik və bacarıqlarını daha da təkmilləşdirməkdir.

 

Akif AĞAYEV
 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı