Xəbərlər 05.12.2024 17:21 189

“Könüllülükdə Gənclərin Rolu” adlı tədbir keçiriləcək

08 dekabr 2024-cü il tarixində Heydər Əliyev Mərkəzində “Könüllülükdə Gənclərin Rolu” adlı tədbir keçiriləcək. Tədbir Güvən Dayə xidməti və təşkilati dəstək göstərən LIBRAFF kitab mağazaları, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, ILC MMC, Malyuk, Gənclərin İnkişaf və Karyera Mərkəzi, “Bella”, “Seni” və “Asfarma” şirkəti tərəfindən birgə təşkil olunub.

QHT.az xəbər verir ki, tədbirin proqramı maraqlı mövzulardan ibarət olacaq:

  • Sara Şavaqatova, Güvən Dayə xidmətinin təsisçi və icraçı direktoru - “Könüllülük fəaliyyətində seçdiyimiz yol”
  • Mətanət Qaraxanova, pediatriya üzrə mütəxəssis - “Könüllülükdə gənclərin rolu”
  • Fəridə Fərziyeva, Seni və Bella şirkətinin marketoloqu - “Korporativ könüllülüyün faydaları”
  • Könül Hidayətova, məhsul meneceri - “Güclü immunitetin açarı”

Tarix: 08.12.2024
Saat: 14:00
Ünvan: Heydər Əliyev Mərkəzi

Tədbirə könüllülük fəaliyyəti ilə maraqlanan hər kəs dəvətlidir. Bu təşəbbüs, gənclərin sosial məsuliyyət hissini artırmaq və cəmiyyətə töhfə vermə potensialını gücləndirmək məqsədini daşıyır.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı