Xəbərlər 06.12.2024 20:30 225

"Əsas məqsəd gənclərin cəmiyyətə inteqrasiyasını təmin etməkdir" - Kəmalə Aşumova

“Ümidli Gələcək” Gənclər İctimai Birliyinin sədri və Yuvenal Ədliyyə Mərkəzinin koordinatoru Kəmalə Aşumova QHT.az-a açıqlamasında təşkilatın könüllülərlə iş prinsipindən və onların inkişafına yönəlmiş fəaliyyətlərdən danışıb.

O qeyd edib ki, könüllülər əsasən tələbələr, gənclər və hətta 11-ci sinif şagirdlərindən ibarətdir. Onlar dərs və təhsil fəaliyyətləri ilə paralel olaraq ictimai işlərdə fəal iştirak edirlər. Təşkilat könüllüləri müxtəlif sahələrdə inkişaf etdirmək məqsədilə təlimlər, seminarlar və təqdimatlar təşkil edir. Bu fəaliyyətlər İT, sosial, psixoloji və digər istiqamətləri əhatə edir. Yaxşı nəticələr göstərən könüllülərə sertifikatlar təqdim olunur və onların gələcəkdə peşəkar kadr kimi formalaşması üçün tövsiyə məktubları verilir. Bundan əlavə, yerli və beynəlxalq konfranslarda iştirak etmək üçün də könüllülərə dəstək göstərilir.

Kəmalə Aşumova vurğulayıb ki, əsas məqsəd gənclərin cəmiyyətə inteqrasiyasını təmin etmək və onların bilik və bacarıqlarını artıraraq gələcəkdə daha peşəkar mütəxəssislər kimi yetişmələrinə şərait yaratmaqdır.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı