Xəbərlər 07.12.2024 08:36 404

QHT nümayəndələri Kişinyovda seminarda iştirak edib - FOTOLAR

02 – 04 dekabr 2024-cü il Moldova Respublikasının Kişinyov şəhərində “QHT-lərlə yerli icmalar arasında əlaqələrin gücləndirilməsi,vətəndaşların elmi tədqiqatlarda iştirakının artırılması” adlı seminar keçirilib.

QHT.az xəbər verir ki, Stop TB Partnership və Centrul PAS qurumları tərəfindən təşkil olunmuş bu tədbir icma və iştirakçı tədqiqatlarda istifadə oluna biləcək müxtəlif tədqiqat metodologiyalarını müzakirə etmək üçün potensialın gücləndirilməsinə həsr edilmişdir. Tədbirdə Sağlamlığa Xidmət İctimai Birliyinin direktoru Elçin Muxtarlı Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi direktorunun Şimal İnzibati Ərazi Nümayəndəliyi üzrə köməkçisi Kənan Bayramov iştirak ediblər.

3 günlük təlim tədbiri EECA regionundan Vətəndaş Cəmiyyəti Təşkilatları və “Vərəmə Son Qoyaqr” Tərəfdaşlığının CFCS mexanizmi çərçivəsində qrantları həyata keçirən icmaların nümayəndələrini, ölkə koordinasiya komitəsinin üzvləri və inkişaf tərəfdaşlarını bir araya gətirib.

TƏDBİRİN ƏSAS İSTİQAMƏTLƏRİ:

  • Vərəm icmasının və VCT-lərin əsas nümayəndələrini tədqiqat və sınaq, məlumat toplama üsulları haqqında məlumatlandırmaq.
  • Keyfiyyətli icma rəhbərliyi və icma əsaslı tədqiqat (CLR/ və CBR) aparmaq üçün hansı addımların və məlumatların lazım olduğunu müəyyənləşdirilməsi;
  • Diaqnostik alqoritmlərin yenilənməsi, ÜST tərəfindən tövsiyə olunan müalicə üsulları və qarşısının alınması daxil olmaqla, ölkədə insan yönümlü qayğı modellərinin genişləndirilməsini dəstəkləmək üçün hansı sübutların lazım olduğunu müzakirəsi;
  • CLR/CBR tədqiqat nəticələrinin siyasətə çevrilməsinə təsirini artırmaq üçün müəyyənləşdirmələr;
  • Növbəti illərdə ölkə səviyyəsində CLR tədqiqatının aparılması üçün fəaliyyət planının yaradılması;

Əldə edilmiş bilik və bacarıqlar EECA regionunda faydalı şəkildə tətbiq olunacaq və vərəmin aradan qaldırılması üçün belə mühüm sahəyə vətəndaş cəmiyyətinin mənalı cəlb edilməsinə yeni təkan verəcəyi ümidləri ilə tədbir 04 dekabr 2024-cü ildə öz işini başa vurub. Qarşıda isə yeni biliklərin praktikada tətbiqi istiqamətində böyük işlər gözlənilir. Təşkilatımız bu sahədə öz strategiyalarına yeni əlavələrin artırlımasını hədəfləməyə başlayacaqdır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı