Xəbərlər 10.12.2024 08:23 231

Hindistanda bir quşun nəsli kəsildiyi üçün yarım milyon insan öldü

Bu dəhşətli hadisə mövcud ekosistemdəki hər bir növün qorunmasının nə qədər vacib olduğunu açıq şəkildə göstərdi.

QHT.az xəbər verir ki, alimlərin xəbərdarlıqlarına məhəl qoyulmaması nəticəsində bəşəriyyət ağır nəticələrlə üzləşir. Rutgers Universitetindən təkamül bioloqu Skot Traversin verdiyi nümunə buna bariz sübutdur. 1990-cı illərə qədər Hindistanda geniş yayılmış qarğa növlərinin sayı 2007-ci ilə qədər 97-99,9% azaldı. Bunun səbəbi heyvandarlıqda istifadə olunan diklofenak adlı dərman idi. Mal-qara üçün təhlükəsiz olan bu dərman qarğalar üçün ölümcül zəhər idi. Diklofenakla çirklənmiş cəmdəklər qarğaların kütləvi şəkildə ölməsinə səbəb oldu.

Qarğaların yoxluğu təbii ekosistemin tarazlığını pozaraq, itlər və siçovulların çoxalmasına şərait yaratdı. Bu heyvanlar təhlükəli xəstəliklərin daşıyıcısına çevrildi. Nəticədə, quduzluq hallarının sayı artdı və 1992-2006-cı illər arasında Hindistanda 47,300 insan həyatını itirdi. Bundan əlavə, çürüyən heyvan cəsədləri su ehtiyatlarını çirkləndirərək qarayara, vərəm, brusellyoz kimi xəstəlikləri yaydı. 2000-2005-ci illər arasında bu səbəbdən hər il əlavə 100,000-dən çox insan ölüb, cəmi yarım milyon insan itkisi qeydə alınıb.

Travers qeyd edir: "Qarğa böhranı ekosistemlərin bir-biri ilə sıx bağlı olduğunu və tək bir növün itkisinin insan sağlamlığına və iqtisadiyyata necə ağır təsir göstərə biləcəyini xatırladır."

 

R.İmanov

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı