BDU-da Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
12 dekabr 2024-cü il tarixində Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir təşkil edilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin universitetin foyesindəki büstü önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər.
QHT.az xəbər verir ki, daha sonra akt zalında davam edən tədbirdə Dövlət himni səsləndirilib və bir dəqiqəlik sükutla Heydər Əliyevin xatirəsi anılıb. BDU-nun rektoru Elçin Babayev çıxış edərək, Heydər Əliyevin dövlətçilik irsi, Azərbaycanın inkişafındakı rolu və onun azərbaycançılıq ideyasının formalaşmasından danışıb.
Tədbirdə Milli Məclisin üzvləri Əminə Ağazadə, Aydın Hüseynov, Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov və digər iştirakçılar Ümummilli Liderin xalq və dövlət üçün misilsiz xidmətlərini vurğulayıblar.
Sonda “Tarix yazan Qalib” sənədli filmi nümayiş etdirilib. Filmin ssenari müəllifi BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovdur.