Xəbərlər 20.12.2024 12:08 291

Bu gün qəhrəman şəhidimiz mayor Ramil Ağayevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Ramil Ağayev 1984-cü il dekabrın 20-də Lerik şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 8-də Füzulidə gedən qızğın döyüşlər zamanı yaralı əsgərlərini ərazidən çıxarmaq istəyərkən qəhrəmancasına şəhid olub.

Ramil Ağayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı