Xəbərlər 20.12.2024 15:20 341

Mediator Sevda Məhərrəmova Beynəlxalq Konfransda çıxış edib - FOTOLAR

Müstəqil Dövlətlər Birliyinin İcra Komitəsinin təşkilatçılığı, Rusiya Federasiyası Ədliyyə Nazirliyi və Belarus Respublikası Hüquqşünaslar İttifaqının dəstəyi ilə 19-20 dekabr 2024-cü il tarixində Minskdə “Mediasiya - cəmiyyətin problemlərinin həllində hüquqi vasitə kimi. Təcrübə və perspektivlər" mövzusunda Beynəlxalq Konfrans keçirilib.

QHT.az xəbər verir ki, konfransda Bakı 12 saylı Mediasiya Təşkilatının rəhbəri, mediator Sevda Məhərrəmova "ZOOM" vasitəsilə onlayn qoşularaq çıxış edib.

Çıxışı zamanı o, mediasiya vasitəsilə alternativ həllin üstünlüklərindən və beynəlxalq arenada Azərbaycan mediasiya təcrübəsinin rolundan söz açıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı