Xəbərlər 23.12.2024 12:24 248

S.Qurbanov: “Prezident İlham Əliyev mətbuata açıqlamasında Avropanın əsl simasını üzə çıxardı”

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov Prezident İlham Əliyevin verdiyi müsahibənin Qafqazda sülhün və sabitliyin təmin olunmasında Azərbaycanın həlledici rolunu vurğulayan fikirləri ilə xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

QHT.az xəbər verir ki, o, bildirib ki, İlham Əliyevin sözügedən mətbuat orqanına verdiyi müsahibədə Fransanın Qafqazda sülhün təmin olunmasına maneçilik törətməsini bütün hallarda öz ermənipərəst maraqlarından çıxış etməsi fikrini təsadüfən vurğulamayıb. S.Qurbanov bildirib ki, cənab Prezidentin dərin məzmunlu bu müsahibəsi Qafqazda sülhün və sabitliyin təmin olunmasında həlledici rolu məhz Azərbaycana aid olduğu fikiri diqqətə layiqdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı