Xəbərlər 15.01.2025 16:42 260

BDU: "2025-ci ildə 3 dəfə “planetlərin böyük paradı” müşahidə olunacaq"

QHT.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, 2025-ci ildə üç dəfə "planetlərin böyük paradı" müşahidə olunacaq. Bu hadisə zamanı bir neçə planet səmada ardıcıl sıralanaraq Yerdən eyni vaxtda görünəcək. Hadisələr yanvar, fevral və avqust ayında baş verəcək:

  • 21 yanvar: 6 planet - Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun.
  • 28 fevral: 7 planet - Merkuri, Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun.
  • 11 avqust: 6 planet - Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun.

Bu hadisələr vizual olduğu üçün Yerin təbiətinə heç bir mənfi təsir göstərmir və astronomiyaya marağı artırır.

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı