Xəbərlər 15.01.2025 19:26 173

Masallıda şəhid ailəsi üçün ev tikilib 

Masallıda şəhid ailəsi üçün ev tikilib 

 

Masallının Yeyənkənd kəndində rayon icra hakimiyyətinin təşəbbüs və təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi şəhidi İsmayılov Ərzuman Əlizamin oğlunun ailəsi üçün fərdi yaşayış evi tikilib.
Evin açılışı mərasimində iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhid ailələrinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb, İsmayılovlar ailəsini yeni mənzilə köçməsi münasibətilə təbrik edib. 
Şəhid anası Gülsüm Xəmmədova onlara göstərilən qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə, eləcə də evin tikintisində zəhməti olan hər kəsə minnətdarlığını bildirib.
Qeyd edək ki, ümumi sahəsi 72 kvadratmetr olan birmərtəbəli fərdi yaşayış evinin tikintisinə 20 avqust 2024-cü il tarixdən başlanılıb. 

 

Akif AĞAYEV

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı