Xəbərlər 17.01.2025 10:09 273

QHT sədri insan alveri ilə mübarizədə QHT-lərin əhəmiyyətindən danışdı

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, "Sağlam mühit" Gənclərin İnkişafına Kömək İctimai Birliyinin sədri Əli Mirzəyev QHT.az-a açıqlama verib.

İnsan alveri ilə mübarizə mövzusunda aktual məsələlərə diqqət çəkən Əli Mirzəyev, bu sahədə QHT-lərin rolunun vacibliyini vurğulayıb. O, qeyd edib ki, insan alverinə qarşı mübarizədə ən böyük çətinlik, bu cinayətlə məşğul olan şəxslərin qeyri-rəsmi platformada fəaliyyət göstərməsi ilə əlaqədardır. Bu səbəbdən, dövlət orqanları tərəfindən bu faktların aşkar edilməsi çətinləşir. Əli Mirzəyev əlavə edib:

"İctimaiyyətin aktiv təbəqəsi olan QHT-lərin imkanlarından istifadə edilməlidir. Nəzərə alsaq ki, QHT-lərin inzibati təsir mexanizmlərinə malik olmaması səbəbindən, müvafiq dövlət orqanları ilə əməkdaşlıq zəruridir. Bunun üçün, QHT-lər və dövlət orqanları birgə işçi qrupları yaradaraq, məsul şəxsləri müəyyən edərək birgə fəaliyyət göstərə bilərlər."

Sonda, Əli Mirzəyev gizlilik prinsipinin vacibliyini də vurğulayıb ki, bu məsələdə gizlilik çox önəmlidir və bu prinsipin pozulması qarşılıqlı inamın itirilməsinə gətirib çıxara bilər.

 

İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyası Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı ilə “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı”çərçivəsində hazırlanıb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı