Xəbərlər 17.01.2025 14:17 395

"İnsan Alverinə Qarşı Mübarizədə Koalisiyanın fəaliyyətini dəstəkləyirik" - Ramil İskəndərli

QHT.az xəbər verir ki, bu gün "İnsan alverinə qarşı mübarizə: mövcud vəziyyət və gözləntilər" mövzusunda keçirilən ictimai müzakirədə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Ramil İskəndərli İnsan Alverinə Qarşı QHT Koalisiyasının işini dəstəklədiklərini vurğulayıb.

R.İsgəndərli qeyri-hökumət təşkilatlarının sahələrində ixtisaslaşmalarını və bacarıqlarının artırılmasını önə çəkərək, xüsusən insan alveri kimi kritik sahələrdə fəaliyyət göstərən təşkilatların fəaliyyətini dəstəklədiklərini qeyd edib:

"Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu olaraq, biz İnsan Alverinə qarşı QHT Koalisiyasının işini dəstəkləyirik. Ümumilikdə, qeyri-hökumət təşkilatlarının ixtisaslaşması, onların bacarıqlarının artırılması və xüsusilə insan alveri kimi xüsusi sahələrdə ixtisaslaşmalarını dəstəkləyirik və koalisiyanın hər bir işində uğurlar arzulayırıq. Koalisiyanın yenilənməsi mütərəqqi bir haldır. Yeni heyətin gəlməsi və fəaliyyət planı hazırlanması istiqamətində fəaliyyəti, həmçinin bugünkü ictimai müzakirələr formatında görüşün təşkil edilməsi də mütərəqqi bir addımdır. Bu, ictimai iştirakçılığın bir növüdür. Ümumilikdə isə qeyri-hökumət təşkilatlarının insan alverinə qarşı mübarizə sahəsində bir sıra rolu var. Bunlar əsasən maarifləndirici, təhsil, sosial, psixoloji və hüquqi reabilitasiya xidmətlərinin göstərilməsi, sığınacaqlar və digər fəaliyyətlərdən ibarətdir. Ümid edirik ki, gələcəkdə də bu koalisiya bu fəaliyyətləri uğurla həyata keçirəcək."

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı