Xəbərlər 22.01.2025 20:43 139

Nazir müavini Vüsal Nəsirli Masallı rayonunda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli yanvarın 22-də Masallı rayonunda sakinləri qəbul edib.

 

Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.

 

V.Nəsirli onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

 

Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı